backend

Kiyev Rusiyanı məğlub edəcəyi TARİXİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev 2018-ci ilin ortalarına qədər Donbasın bütün ərazisi üzərində nəzarəti qaytaracaq. 

Kiyev 2018-ci ilin ortalarına qədər Donbasın bütün ərazisi üzərində nəzarəti qaytaracaq.

TİA.AZ  xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərin işləri üzrə nazir müavini “Novaya Vremya” nəşri üçün yazdığı məqaləsində bildirib.

“Mənim gözləntilərim optimistdir. Növbəti il Ukrayna Donbası qaytaracaq… Çox ümid edirəm ki, bu artıq növbəti ildə, maksimum 2018-ci ilin ortalarına kimi baş verəcək. Düzdür, Avropa və Birləşmiş Ştatların dəstəyini saxlamaq da kritik əhəmiyyətlidir”, – deyə nazir müavini qeyd edib.

Nazir müavininin fikrincə, Kiyev nəzarətində olmayan ərazilərin qayıdışı üzrə ssenarini öz şərtləri ilə reallaşdırmağı bacaracaq.

Qeyd edək ki, Kiyev Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin ruspərəst separatçılar tərəfindən birbaşa Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə işğal olunduğunu bildirir. Ukrayna hakimiyyəti işğal olunmuş ərazilərdə on minlərlə rus hərbçisinin olduğunu iddi edir.

Lakin Moskva Ukraynanın şərqində baş verən hadisələrin iştirakçısı olmadığını bildirir və qarşıdurmaları “vətəndaş müharibəsi” fonunda təqdim edir.