KİYEV MERİ – PAYTAXTDA PARTLAYIŞLAR VAR

KİYEV MERİ – PAYTAXTDA PARTLAYIŞLAR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışlar olduğunu bildirib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Kliçko sosial media hesabından verdiyi açıqlamada səhər saatlarında Kiyevdə partlayış səslərinin eşidildiyini bildirib.

Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Popko da öz hesabındaa açıqlamasında Rusiya ordusunun “Şəhad” tipli pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə hücum etdiyini qeyd edib.

Bütün İHA-ların hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edildiyini bildirən Popko, hücum nəticəsində yaralanan vətəndaşlar və ya söküntü ilə bağlı hələlik hər hansı məlumat almadıqlarını bildirib.

Popko Rusiya qüvvələrinin Odessaya hava hücumu həyata keçirdiyini də qeyd edib.