“Ermənistan və Azərbaycan arasında aparılan danışıqların arxasında ABŞ-ın qulaqları görünür”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər erməni politoloq Argişti Kiviryana məxsusdur.
Onun sözlərinə görə, Vaşinqton regionda təsirini gücləndirmək üçün Ermənistan-Azərbaycan danışıqlarını öz himayəsinə götürmək və sənəd imzalanacağı təqdirdə Ermənistandan keçən dəhlizə nəzarəti ələ keçirmək istəyir. “Bakı paralel olaraq Rusiyanın regionda təsirini neytrallaşdırmağa çalışır və müttəfiqləri ABŞ, İsrail və Böyük Britaniya vasitəsilə İranın təsirinin güclənməsinin qarşısını alır. Bu yolla Azərbaycan Cənubi Qafqaz regionunda əsas oyunçu olmağa çalışır”.
Kiviryan Azərbaycan və Ermənistan arasında Əbu Dabidə keçirilən görüşün danışıqlar olmadığını iddia edib. “Bunlar danışıqlar deyil, birtərəfli güzəştlərdir. Çünki Bakı heç bir güzəştə getmir. Bakı rəsmi şəkildə görünməsə də, mahiyyətcə Ermənistanın kapitulyasiyasına nail olmağa çalışır”.
Fərda Uğur