KİVDF, nəhayət, pul ayrılacaq qəzetlərin adlarını açıqladı – İki qəzetin yardımı niyə kəsildi?

KİVDF, nəhayət, pul ayrılacaq qəzetlərin adlarını açıqladı – İki qəzetin yardımı niyə kəsildi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 3-də Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF), nəhayət, qəzetlərə maliyyə yardımı ayırıb.

Fondun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, Müşahidə Şurasının bu gün keçirilən iclasında 2020-ci ilin I yarısı üçün qəzetlərə maliyyə yardımı müsabiqəsinə təqdim edilmiş layihə sənədləri müzakirə edilib. İcraçı direktor Vüqar Səfərli bildirib ki, sənədləri qaydasında olan ictimai-siyasi qəzetlərin 2019-cu ilin II yarısında olduğu kimi, yayım və tirajlarına görə 3 kateqoriya üzrə – gündəlik, günaşırı və həftəlik maliyyələşdirilməsi təklif edilib.

Beləliklə; I kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;

II kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;

III kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər.

Birinci kateqoriya üzrə, “Bakı – Xəbər”, “Yeni Müsavat”, “Səs”, “Yeni Azərbaycan”, “Mövqe” qəzetlərini aid edir və onların hər birinə aylıq 20 min manat;

II kateqoriyaya həftədə 3 dəfədən çox nəşr olunan “Həftə içi”, “Novaya Vremya”, Azernews”, “525-ci qəzet”, “Paralel”, “Xalq Cəbhəsi”, “Olaylar”, “Hürriyət”, “Üç nöqtə”, “Ədalət”, “Palitra”, “Azad Azərbaycan”, “Şərq” qəzetləri aid edilir və onlara aylıq 10 min manat;

III kateqoriyaya daxil olan “Türküstan”, “Oxu məni”, “Unikal”, “Hərbi and”, “The Business Times” qəzetlərinə isə aylıq 5 min manat maliyyə yardımı ayrılıb.

Fond bu dəfə Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus “Kaspi” və Kaspiy” qəzetlərinə maliyyə yardımı ayırmayıb. İcraçı direktor Vüqar Səfərli isə bunun səbələrinə aydınlıq gətirməyib. Onu da xatırladaq ki, KİVDF maliyyə yardımını bir aydan artıq gecikdirib. Hər il ənənvi olaraq dekabr ayında müsabiqənin nəticələri elan olunurdusa, bu il fevral ayına qədər yubadıldı. Bu barədə də ictimaiyyətə hər hansı məlumat verilməyib.