Türkiyənin bütün bölgələrini dolaşaraq istedadlı gəncləri kəşf edib ekran və podiumlara qazandıran “Model of Celebrity” müsabiqəsinin mətbuat konfransı olub.
Türkiyənin bütün bölgələrini dolaşaraq istedadlı gəncləri kəşf edib ekran və podiumlara qazandıran “Model of Celebrity” müsabiqəsinin mətbuat konfransı olub.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilatçı Banu Noyan, xoreoqrafik Uğurkan Erez və televiziya işçisi Armağan Çağlayandan ibarət olan “Model of Celebrity” müsabiqəsinin münsifləri model və aktyor olmaq istəyən 200 gənc arasında 17 nəfəri yarımfinala keçirib.
Uğurkan Erezin gənc namizədlərə işlə bağlı verdiyi məsləhətlər diqqət çəkib: “Mən bu işə 41 ilimi həsr etmişəm. Bu yerə gəlmək asan deyil. Çox işləmək lazımdır”.
Kobud davranışları ilə məşhurlaşan jurnalist Armağan Çağlayanın “Sanki daş daşımısan” deməsi isə usta xoreoqrafı qəzəbləndirib. Uğurkan Erez Armağan Çağlayana cavab olaraq “Kıvanç Tatlıtuğ və Burak Özçivit yeməyə çörək tapmırdı, bizim və televiziya sayəsində bu günlərə gəldi”, – deyib.