Xəbər verdiyimiz kimi, Pekində keçirilən paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib.
Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın ziyafət masasından kənarda əyləşdikləri görünür. Bu, müzakirələrə səbəb olub. Rusiya və Ermənistan sosial media kanallarında Paşinyan və xanımına masa çatmadığı qeyd olunub.