KİV: Şimali Koreyada yeraltı nüvə sınağından sonra zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Geologiya Xidməti Şimali Koreya ərazisində 5,6 bal gücündə zəlzələni qeydə alıb.
 ABŞ-ın Geologiya Xidməti Şimali Koreya ərazisində 5,6 bal gücündə zəlzələni qeydə alıb.
Tİ.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda bildirilir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Agentliyin qeyd etdiyi kimi, sonuncu yeraltı təkanlar Şimali Koreyanın nüvə silahının sınağını həyata keçirdikdə qeydə alınıb.
Yaponiyanın “NHK” ictimai televiziyası isə KXDR-in 6-cı nüvə sınağını keçirdiyini bildirib. Qeyd olunur ki, 5,6 bal gücündə zəlzələ yeraltı nüvə sınağını göstərir.
Bununla yanaşı, Cənubi Koreya hakimiyyəti də güman edir ki, Pxenyan növbəti nüvə sınağını keçirib.