KİV: “Barselona” Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır

KİV: “Barselona” Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubu ulduz futbolçusu Lionel Messiyə yeni bir müqavilə təklif etməyi planlaşdırır.

“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı hücumçunun sözləşməsini 2023-cü ilə qədər uzatmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin klubla hazırkı müqaviləsi 2021-ci ilin iyul ayında başa çatır. Argentina millisinin də şərəfini qoruyan oyunçu 2004-cü ildən bəri “Barselona”da çıxış edir. O, cari mövsüm İspaniya La Liqasında 24 oyunda iştirak edib və 25 qol vurub.