“Kitayski” “iPhone X” hazırdır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Leagoo” şirkəti yeni S9 smartfon modelini təqdim etməyə hazırlaşır.

 

Çinin “Leagoo” şirkəti yeni S9 smartfon modelini təqdim etməyə hazırlaşır.

 

TİA.AZ-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, cihaz “iPhone X” flaqman smartfonunun demək olar ki, eynisidir.

 

İlk baxışdan cihazları ayırmaq çox çətindir. Dizayn ən kiçik detallara qədər eynidir. Lakin çinlilər “Apple”ın ən mühüm yeniliklərindən birini – “Face ID” üz tanıma sistemini düzəldə bilməyiblər. Onun əvəzinə arxa paneldə barmaq izi skaneri var.

Şirkətdən bildirilib ki, smartfonun qiyməti 300 dollar olacaq. Bu, “iPhone X”dan üç dəfə ucuzdur.

 

“Leagoo S9” smartfonu “MediaTek P40” prosessoru ilə təchiz olunub, operativ yaddaş 6 Gb, daxili yaddaş 129 Gb-dir.