Kitabxanaçının evindən 48000 dollar və 25 minlik qızıl oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi baş verib. 

Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi baş verib.


TIA.AZ xəbər verir ki, cinayət hadisəsi rayonun N.Tusi küçəsi ev 14, mənzil 86 da qeydə alınıb. Mənzilə daxil naməlum şəxslər 60 yaşlı Xuraman Hacıyevaya məxsus evi gecə saatlarında yariblar. 

Oğrular Xuraman Hacıyevanın nə az, nə də çox, düz 48 min ABŞ dolları, 900 avro və təxminən 25 min manat dəyərində qızıl-zinət əşyaları aparılıb. 


Hadisə baş verən mənzilin qapısını döysək də evdə heç kim olmadığından zərərçəkənlə əlaqə saxlaya bilmədik. Qonşuların verdiyi məlumata görə, oğrular mənzilin qapısının kilidini sındıraraq içəri daxil olublar.


Hadisədən xəbər tutan zərərçəkən Xətai rayon Polis İdarəsinə məlumat verib. Mənzilə baxış keçirən kriminal ekspertler hadisə yerindən barmaq izləri götürüblər. 

Mənzilindən oğurluq edilən Xuraman Məcid qızı Hacıyeva Azərbaycan Tibb Universitetinin kitabxanasının əməkdaşıdır.


Qeyd edək ki, Xuraman Hacıyeva artəq 27 ildir ki, Tibb Universitetinin kitabxanasında işləyir. Xətai rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisəni törədən şəxslərin tutularaq, istintaqa təhfil verilməsi istiqamətində iş aparırlar.