Kişinyovda aeroportda atışma: ÖLƏNLƏR VAR

Kişinyovda aeroportda atışma: ÖLƏNLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın paytaxtı Kişinyovda aeroportda atışma olub.

Tribunainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bir kişi sərhədçini və sərnişini öldürüb. O, hava limanının binalarından birində barrikada qurub, xüsusi xidmət orqanları hücuma hazırlaşır. O, ölkəyə buraxılmadığı üçün atəş açmağa başlayıb. Moldova nəşrləri hücum edənin “Vaqner”dən olan rus olduğunu iddia edib. İlkin ehtimallara görə, o bir neçə insanı girov götürüb.

***

Moldovanın paytaxtı Kişinyovda aeroportda atışma nəticəsində 2 nəfər qətlə yetirilib.

Qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.