Moskvada səfərdə olan Moldova prezidenti İqor Dodon güclü duman səbəbindən ölkəsinə geri qayıda bilmir.
Bunu RİA Novosti-yə açıqlamasında prezident özü deyib.
Onun sözlərinə görə, Kişinyov aeroportu güclü dumana görə, bağlanıb və uçuşların həyata keçirilməsi dayanıb.
“Mən uça bilmədim, Moskvadayam. Burada işləyirik – səfirlik, miqrantlar, iqtisadi agentliklər, ixrac məsələləri. Kişinyov aeroportunun açılmasını gözləyirik”, – Dodon bildirib.