Bəzi qidalar var ki, onlar sırf kişi orqanizmi üçün daha faydalıdır.
Həmin qidaları təqdim edir:
Pomidor: Pomidor, pomidor sousu və ya hazırlanan yeməklərə əlavə edilən pomidor prostat xərçənginə qarşı qoruyucu təsir göstərir. Araşdırmalara görə, həftədə 2-4 dəfə tomat və ya pomidor sousu yemək heç yeməyənlərə nisbətən prostat xərçəngi riskini 35% azaldır. Pomidorun faydası tərkibində bol olan likopen adlı karotin tipli maddədən irəli gəlir. Lakin bu maddənin pomidor şirəsini içərkən eyni nəticəni göstərməsi sübut olunmayıb. Tədqiqatçılar təklif edirlər ki, pomidorun tərkibindəki likopen maddəsinin orqanizm tərəfindən tam sorulması üçün onu bişirib bir az yağla yemək lazımdır. Bu səbəbdən pizza kimi qidalar tövsiyə ediləndir.
Brokoli: Sidik kisəsi xərçənginə kişilərdə qadınlara nisbətən 2-3 dəfə çox rast gəlinir. 50.000 kişinin qidalanma vərdişlərini araşdıran elm adamları həftədə 5 və ya daha çox porsiya belə qidaların qəbulunun 10 il ərzində sidik kisəsi xərçəngi riskini yarıya endirdiyini bildirir. Brokoli və kələm bu məqsədlə ən faydalı tərəvəzlər hesab edilir.
Fıstıq yağı: Sağlam ürəyə sahib olmaq üçün səhərlər üzərinə fıstıq yağı çəkilmiş bir dilim çörək faydalı ola bilər. Ürək xəstəlikləri kişilərdə və qadınlarda ən çox görülən ölüm səbəblərindən biridir. Kişilərin ürək xəstəliyi riski qadınlara nisbətən daha yüksəkdir. Amerikanın Pensilvaniya Universitetindən olan bir qrup tədqiqatçı Amerika Ürək Assosiasiyasının tövsiyə etdiyi pəhrizin xolesterin salıcı təsirini fıstıq yağına əsaslanan və daha çox yağ (36% yağ) ehtiva edən pəhrizlə müqayisə etdikdə bu faktı ortaya çıxarıb. 24 gündən sonra hər iki pəhrizin pis xolesterin olaraq bilinən LDL xolesterini azaltdığı görülüb. Fıstıq yağının trigliseridləri azaltdığı və yaxşı xolesterin olaraq bilinən HDL xolesterolu azaltmadığı müşahidə edilmişdir. Nəticədə tədqiqatçılar fıstıq yağının ürək xəstəlikləri riskini azaldacağı qənaətinə gəliblər. Lakin şəkər əlavə edilmiş fıstıq yağlarından uzaq durmaq lazımdır, çünki onların kalorisi yüksəkdir.
Qarpız: 55 yaşa qədər kişilər qadınlardan daha çox təzyiqdən şikayət edirlər. Tədqiqat nəticələri kaliumla zəngin qidaların yüksək təzyiq təhlükələrinə qarşı qoruyucu təsir göstərdiyini ortaya qoyub. Qarpızın qalın bir dilimi 664 milliqramdan çox kalium ehtiva edir. Bu miqdar bananın və ya bir stəkan portağal suyunun tərkibində olandan çoxdur. Beləliklə bir neçə dilim qarpız yeyərək həm sağlamlığı qorumaq, həm də yaydan zövqq aolmaq gözəl olar.
Pravda.az