Gəncədə mənzildə yanğın törədən Adil adlı şəxs bir müddət öncə ev yiyəsi, bıçaqlanan 1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədovadan pul istəyib, ancaq istədiyi pulu ala bilməyib.
Tribunainfo.az bu barədə Musavat.com-a istinadən xəbər verir.
Məlumata görə, qadına pula görə hədə-qorxu gəldiyi üçün Gülnar Şahməmmədova ondan polisə şikayət edib. Daha sonra Adil qadının evinə gedib və aralarında mübahisə yaranıb.
Mübahisədən sonra o, qadına bıçaqla xəsarət yetirib, evi də yandırıb. Baş verən yanğın nəticəsində özü dünyasını dəyişib.