Kişi müəllimlərin az olma səbəbi – Ekspert və müəllimlər açıqladı

Kişi müəllimlərin az olma səbəbi – Ekspert və müəllimlər açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, Azərbaycanda İbtidai sinif müəllimi ixtisası üzrə təhsil alan kişi tapmaq mümkün deyil. Ekspert qeyd edir ki, çox acınacaqlı durumdur və bununla bağlı təcili proqram hazırlanmalıdır. Tribunainfo.az xəbər verir ki, E.Əfəndiyevin fikrincə, xüsusilə ibtidai siniflər üçün kişi müəllimlərinin azlığının bir neçə səbəbi var. Ekspert düşünür ki, ön sırada maaş azlığı gəlir:”Məktəblərdə, bağçalarda qadınlaşma gedir. Bağça və məktəblərdə kişilər gözə dəymir. Bunun cəmiyyətə vurduğu zərəri təəssüf ki, çoxu görməzdən gəlir”.

Qeyd edək ki, hazırda bu problem tək Azərbaycanda müşahidə edilmir. Belə ki, Avropa məktəblərində də kişi müəllimlər tapılmır. Məsələn, eyni problem hətta Almaniyada da var. İnsanları bu sahəyə həvəsləndirmək üçün il ərzində kifayət qədər layihələr həyata keçirirlər. Hətta yüksək maaşa rəğmən, kişi müəllimi qıtlığı problemi həllini tapmır.

İbtidai sinif müəllimi Elçin İmanov niyə kişi həmkarlarının olmamasına aydınlıq gətirib:

“Müəllimlərdən biri mən. Fürsət, yol axtarıram ki, məktəbdən uzaqlaşım.Səbəb çoxdu.Bayağı tələblər, az maaş, lazımsız sənəd və yazı işləri və sair”.