Kişi müəllimləri yenidən məktəblərə cəlb etmək lazımdır. Kişi müəllimlərin olduğu məktəblərdə nizam-intizam qaydaları daha yüksək səviyyədə olur. İntizamsızlıq kişi müəllimlərin çox olduğu məktəblərdə çox aşağı səviyyədədir. Kişi müəllimlərin varlığı, səsi, görünüşü belə həmin məktəbdə nizam-intizama ciddi şəkildə təsir göstərir.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, məktəblərimizdə müəllimlərin cəmi 20 faizi kişi müəllimlərdir:
“Hazırda bizim 4432 orta təhsil məktəbində təhsil alan 1,6 milyon şagirdimizə 150 min müəllim dərs deyir ki, onlarında çox təəssüf ki, böyük əsksəriyyəti, yəni 80%-ə qədərini qadın müəllimlər təşkil edir. Aparılarn tədqiqatlar göstərir ki, qadın müəllimlərin tədrisi təşkil etməsi ilə kişi müəllimin tədrisi təşkil etməsi arasında kefiyyət baxımından fərqlər var.
Belə ki, istər ali təhsil müəssilərinə qəbul imtahanlarında, istər buraxılış imtahanlarında kişi nüəllimlərin dərs dediyi siniflərin nəticələri digərləri ilə müqayisədə daha yaxşı olur. İkincisi, burada ən vacib məqamlardan biri kişi müəllimlərin olduğu məktəblərdə nizam-intizam qaydalarının digərləri ilə müqayisədə daha yaxşı olmasıdır. Belə ki, intizamsızlıq kişi müəllimlərin çox olduğu məktəblərdə çox aşağı səviyyədədir. Təbii ki burda məsələ heç də kişi müəllimlərin fiziki zorakılıq etməsindən getmir. Azərbaycanda demək olar ki, heçbir kişi müəllim zorakılıq etmir. Sadəcə olaraq, onların varlığı, səsi, görünüşü belə həmin məktəbdə nizam-intizama ciddi şəkildə təsir göstərir.
Beynəlxalq təcrübələr göstərir ki, kişi müəllimlərin olmaması şagirdlərə fiziki, psixoloji baxımdan təsir göstərir. Orta ümumtəhsil məktəblərinin əsas funksiyası şəxsiyyət yetişdirməkdir və bu şəxsiyyət yetişdirmək təbii ki, mütləq şəkildə xarakter formalaşmalıdır. Bugün bizim uşaqlarımızı bağçada daqadın müəllimlər tərbiyə edir, ibtidai sinifdə də qadın müəllimlərdən dərs alırlar, yuxarı siniflərdə də. Həmçinin ali məktəblərdə də qadın müəllimlərdir, elmi tədqiqat işlərində də qadın müəllimlərdir. Bunlar şəxsiyyətin formalaşmasına öz təsirini göstərir. Birmənalı şəkildə kişi müəllimlərin sayının artırılması istiqamətində plan hazırlanmalıdır”.
Ekspert bildirib ki, kişi nüəllimlərin olmaması, məktəblərdə nizam-intizam, təhlükəsizlik məsələlərində, şagirdlər arası davranış qaydalarında, hətta müəllimlər arası davranış qatdalarında da özünü göstərir:
“Hesab edirəm ki, bir neçə il müəyyən ixtisaslar üzrə, xüsusilə Azərbaycan dili və Ədəbiyyat, İbtidai sinif müəllimliyi və digər ixtisaslara qəbulda daha çox üstünlüyü kişi müəllimlərə vermək lazımdır. Təbii ki, bu gender balansının pozulmağı deyil, diskriminasiya deyil, bu ölkənin genefondunun qorunması, tədrisin kefiyyətinin artırılması üçün atılacaq bir addımdır. Və mən hesab edirəm ki, kişi müəllimlərin məktəblərə cəlb edilməsi üçün onlara dövlət qulluqçusu statusu vermək lazımdır. Həmçinin kişilərə müəyyən güzəştlər etmək lazımdır ki, kişi müəllimləri məktəblərə qayıtsın, tədrisə qayıtsın”.
Nigar İxtiyarqızı