Kişi keçmiş gəlinini nəvəsinə görə döydü – MƏHKƏMƏ

Kişi keçmiş gəlinini nəvəsinə görə döydü – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Mətləb Bəşirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 10 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 15 oktyabr 2024-cü il tarixdə, saat 14:25 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Mətləb Bəşirov keçmiş gəlini, zərərçəkmiş Zəminə Səlimova (şərti) ilə mübahisə edib. Buna səbəb o, azyaşlı nəvəsini öz evinə aparmaq istəməsi olub. Bu zaman Mətləb Zəminə Səlimovanın üzərinə hücum edərək, qəsdən yumruq zərbələri ilə onun sifət, burun, baş nahiyəsinə ardıcıl zərbələr endirilib.

Hadisədən sonra Mətləb Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.