Kişi ailəsinin dağılmasına səbəbkar göstərdiyi qaynının maşınını yandırdı – QƏRAR

Kişi ailəsinin dağılmasına səbəbkar göstərdiyi qaynının maşınını yandırdı – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Kamil Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 10 oktyabr 2023-cü il tarixdə saat, təxminən 04 radələrində kı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mehriban qonşular” adlandırılan küçədə yerləşən evinin həyətində qeydə alınıb.

Belə ki, Kamil Həsənov qaynı, zərərçəkmiş Rahim Bəşirovun dəfələrlə onun ailə məsələlərinə müdaxilə etməsi, eləcə də ailəsinin dağılmasına səbəbkar olması, ailəsini ondan xəbərsiz götürüb evinə aparması səbəbini əsas gətirərək bir gün əvvəl axşam saatlarında onun yaşadığı evinin həyətində aralarında mübahisə yaranıb. O, bütün bunların intiqamını almaq məqsədi ilə Rahimin həmin ünvanındakı həyətinə hasardan daxil olaraq özü ilə götürdüyü benzin yanacağını zərərçəkmişə məxsus “Mercedes” markalı avtomobilin qabaq sağ təkərinə səpib. Sonra Kamil kibritlə maşını yandırıb. Nəticədə Rahimə xeyli miqdarda maddi (15 000 manat) ziyan vurmaqla onun əmlakını qəsdən məhv edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Kamil Həsənov dərhal məhkəmə iclas zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.