Kirpiklərimizdə həşəratların yaşadığını eşitmək çoxumuza dəhşətli görünə bilər. “Şəxsi gigiyenama diqqət edirəm və məndə yoxdur” deməyin, çünki hamımızda var, amma bəzi insanların kirpiklərində çox olur. Onları dərhal güzgüyə baxaraq yoxlamağa çalışmayın, çünki onlar çılpaq gözlə görünməyəcək qədər kiçikdirlər.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, səkkiz ayağı ilə kirpiklərimizə möhkəm yapışan və adi gözlə görünməyən bu həşəratlara gənə deyilir. Beləliklə, gənələr təhlükəlidirmi? İnsandan insana keçə bilərmi? Bir dəfə yoluxduqda təkrarlanırmı?
Kiçik həşəratlar üzümüzün əksəriyyətində, o cümlədən kirpiklərimizdə yaşayır. Bəzi insanlarda daha az gənə var, bəzilərində isə daha çox. Xüsusilə yağlı dəriyə sahib olanların və makiyajını silmədən yatmaq vərdişi olanların dərisinə daha çox gənə axını ola bilər.
Kirpik gənələri ümumiyyətlə kirpiklərin dibində və ətrafında yaşayır və bu nahiyədə yumurta qoyurlar. İnsanların üzlərindəki məsamələrdən və göz ətrafındakı bezlərdən ifraz olunan selik, sebum və yağlarla qidalanırlar.
Oftalmologiya kafedrasının müdiri, prof. Dr. Banu Coşar, kirpik gənələrinin kipriklərimizin dibində salxımlar halında tapılan kiçik siqar şəkilli böcəklər olduğunu və demodex olaraq da bilinən hər bir gənənin kirpikləri tutmağı asanlaşdıran dörd cüt ayağı olduğunu ifadə edərək , əlavə etdi: ” Siz kiprik gənələrini görə bilməzsiniz, çünki onlar millimetrin cəmi üçdə biri uzunluğundadır və bir qədər şəffafdır”.
Araşdırmaya görə, gənələr adətən immun sistemimiz tərəfindən nəzarətdə saxlanılır , lakin onlar bəzən qızartı, iltihab, yanma və görmə problemləri kimi narahatedici simptomlara səbəb ola bilirlər. Mütəxəssislər deyirlər ki, problemlər yarandıqda gənə ilə mübarizə sadə müalicə üsulları ilə mümkün olur.
Bu gənələr, onlarla immunitet sistemimiz arasındakı tarazlıq pozulmazsa və çoxalmağa və simptomlara səbəb olmayana qədər problem yaratmır. Məsələn, göz ətrafında həddindən artıq gənə varlığı; Bu , qızartı, qaşınma, iltihab və son dərəcə nadir və ağır hallarda blefarit, marjinal keratit adlanan göz xəstəliyi ilə əlaqələndirilir.