Kirayə pulunun artması erkən ölümə səbəb olur – Araşdırma

Kirayə pulunun artması erkən ölümə səbəb olur – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirayə qiymətlərinin artması, aylıq gəlirlərinin böyük hissəsinin kirayəyə verilməsi ölüm riskini artırır.

Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ-da araşdırma aparılıb.
“Social Science & Medicine” jurnalında dərc edilən araşdırmaya görə, kirayəçilərdə əlçatmaz mənzil xərcləri səbəbindən vaxtından əvvəl ölmək riski daha yüksəkdir.

Tədqiqatçılar müəyyən ediblər ki, 2000-ci ildə gəlirinin 50 faizini kirayə ödəyən adamın növbəti 20 ildə ölmə ehtimalı gəlirinin 30 faizini kirayə ödəyən şəxslə müqayisədə 9 faiz daha çoxdur.
Məlum olub ki, gəlirinin 70 faizini kirayə ödəyən şəxsin ölmə ehtimalı isə 12 faiz çoxdur.
Bu insanların kirayə qiymətləri yüksək olduğundan sağlamlıq və qidaya kifayət qədər pul xərcləyə bilmirlər.
Yüksək kirayə problemi ilə yanaşı, evsizliklə mübarizə aparanların ürək, dəri, əzələ və yuxusuzluq kimi stresslə bağlı sağlamlıq problemlərinin də yaşandığı vurğulanıb.