Kirayə mənzil bazarında vəziyyət… “Bakıda ucuz kirayə ev tapılmayacaq” – Ekspertbackend

Kirayə mənzil bazarında vəziyyət… “Bakıda ucuz kirayə ev tapılmayacaq” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirayə mənzil bazarında artıq neçə ildir ki, qiymət artımı durmadan davam edir. Xüsusilə son 4 ildə qiymətlərdə artım daha da sürətlənib. Hər il qiymətlər dəyişir. Əvvəl kirayə mənzil bazarında qiymətlər belə oynamırdı. Konkret, sabit, yerinə görə dəyişən qiymətlər var idi. İndi isə hər il qiymət artımı müşahidə olunur. Getdikcə qiymətlər daha da artacaq. Səbəb isə köhnə tikililərin sökülməsi, yerinə yeni binaların inşa edilməsidir.

Bu sözləri Tribunainfo.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyde dib ki, bakıda köhnə binaların söküntüsü artdıqca ucuz kirayə mənzillər yox olacaq:

“Hazırda Bakıda köhnə binaların və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin söküntüsü gedir. Bu həm də ucuz kirayə evlərin söküntüsü, aşağı qiymətə olan kirayə evlərin yoxa çıxması deməkdir. Çünki bu evlər kirayə mənzil bazarından çıxmış olur. O evlərin, binaların əvəzinə yeniləri inşa edilir. Təbii ki, yeni mənzillərin də qiyməti köhnə ilə eyni olmur. Yeni mənzillərin qiyməti köhnə evlərin qiyməti ilə müqayisədə 2 dəfə baha qiymətə təklif olunur. Çünki yeni mənzillərin satış qiyməti də bahadır.

Son illərdə əmlak bazarında kəskin qiymət artımı təbii olaraq kirayə mənzil bazarına da təsir edir. Satış qiyməti artdıqca kirayə qiyməti də artır. 100 minlik mənzil minimum 500 manata kirayə verilir. Bakının müxtəlif ərazilərində köhnə tikililər olan “Xruşovka” binalarda satış qiyməti 60-70 min manat olan evin kirayə qiyməti isə 300-350 manat idi. İndi bu qiymətə mənzil olmadığı üçün kirayə qiymətləri də artıb.

Qarşıdan yeni tədris ili gəlir və bölgələrdən universitetlərə tələbə axını başlayacaq. Təlabat artdığı üçün qiymətlərdə enmə gözlənilmir”.

Nigar