Azərbaycan, Kipr və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatın işi çərçivəsində yüksək vəzifəli Kipr diplomatı erməni yalanını ifşa edib.
Azərbaycan, Kipr və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatın işi çərçivəsində yüksək vəzifəli Kipr diplomatı erməni yalanını ifşa edib.
Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatda iddia etmişdi ki, Kiprin xarici işlər naziri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı guya Dağlıq Qarabağın “tarixi erməni torpaqları”n olduğunu demişdi.
Lakin kiprli diplomatın sözlərinə görə, İ.Kusulides bu cür sözlər səsləndirməyib və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dəstəkləyəcək hər hansı bir ifadə işlətməyib.