Toxunmaq istədiyimiz ikinci məsələ, dövlətimizin mədəniyyət siyasətinin mühüm bir komponenti haqdadır. Xatırladaq ki, hazırki artımlarda yenə də dövlətimizn xüsusi diqqəti yönələn sahələrdən biri bu sferadır. Rəqəmlə söyləsək, mədəniyyət, incəsənət, informasiya, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox olacaqdır. Deməli, hamımız bir daha ötən on illərdə təkcə hərbi deyil, həm də bütün digər vasitələr, o cümlədən, diplomatik, siyasi, informativ və digər vasitələrin hesabına beynəlxalq fikirdə ölkəmizlə bağlı yaradılan müsbət rəy, nəticədə 44 günlük Zəfər savaşında aparılan silahlı döyüşlərin ayrılmaz bir parçasına çevrildi. Lakin 3 gün əvvəl informasiya vasitələrində yayılan bir məlumatı tribunadan səsləndirərək, böyük ehtimalla həm rəmsilərin, həm də cəmiyyətimizin narahatlığını qazanan problemə diqqətinizi cəlb etmək istərdik. Xəbərdən kiçik bir hissəni “Azərbaycanfilm kinostudiyası”nın rəsmisinin dilindən olduğu kimi səsləndirirmək istərdik, sitat:”direktor Nazim Hüseynov, müavin Aydın Hüseynov işdən çıxıblar. 1276 nəfərlik idarə bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə baxın da. “Azərbaycanilm” ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar”. Gördüyünüz kimi, 100 yaşlı böyük mədəniyyət məbədimiz, milli tariximizin parlaq səlnamələrini yaradan və yaşadan bir ocaq indi ağır günlərini yaşayır.Halbuki ötən illərdə mədəniyyətin nə qədər güclü beynəlxalq diplomatiya silahı olduğunu, dövlətlərin qlobal siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini hamımız dəfələrlə vurğulamışıq. Baxın, qardaş Türkiyə Ərdoğanın liderliyi dövründə necə parlaq əsərləri, “Möhtəşəm Yüz il”dən, “Diriliş Ərtoğrul”adək, onlarla ekran əsərini dünyaya çıxardı, nəinki ərəb və islam dünyasında, o cümləədn Avropa ölkələrində özünə böyük auditoriya qazanaraq, qardaş ölkənin qlobal gücünü artırıb, onun mənəvi-siyasi ideallarının təbliği və yayılmasına xidmət edib. İndi biz son 4 ildə Vətən müharibəsində parlaq qələbənin tərənnüm edilməsi, lentlərə köçürülüb əbədiləşdirilməsi və dünyaya yayılmasının zərurətindən haqlı olaraq, danışırıq. Bəs kino sənəti belə acınacaqlı vəziyyətə düşübsə, sabah biz o kadrları və əsərləri kimdən, hansı dövlətdən ixrac etməklə gerçəkləşdirəcəyik?
Gərək mühüm dövləti və beynəlxalq missiyası olan prezident sıx qrafiki və gərgin işi şəraitində mütləq məsələyə özü müdaxilə etsin? Ümidvarıq ki, Hökumət səviyyəsində müvafiq addımlar atılacaq və “Azərbaycanfilm” xilas ediləcək. Bu bizim milli brendimizdir. Baxın, orada yaranan salnamə məhz indiki Qalibiyyət yüzilinin başlandığı dövrdə yarımçıq qalarsa, nə qədər ziyan çəkərik.
Bir Tədqiqat Mərkəzinin təmsilçisi kimi Hökumətdə hörmətli Maliyyə naziri Samir Şərifovun məsələlərə necə həssaslıqla yanaşdığına şahidəm. Parlament üzvlərinin qaldırğıdlarını yüzlərlə məsələyə hər zaman peşəkarlqıla və yüksək etik çəriçəvədə cavablarını təqdir edirik. Başa düşüləndir, problemin həlli bəzən sovet dövründə sırf dövlət dotasiyasından asılı olan kino sənətinin indi büdcəsi milyard dollarlarla ölüçlən nəhəng korporasiyalara çevrilməsini hər birimiz istəyirik. Onun üçün problemin müvafiq Nazirlik və digər quurmlar çərçivəsində həllini arzulayırıq.
Unutmayaq ki, möhtərəm cənab prezident məhz andiçmə mərasimində parlamentin yüksək kürsüsündən, “bizə hücumlar artacaq, təxribatlar güclənəcək” sözlərini bir daha xatırladaraq, ölkəmizin beynəlxalq imicinin və müttəfiqlərinin artılması üçün daha sistemli tədbirlərin tələb olunduğunu bir daha qeyd edərək, büdcəyə edilən dəyişikliklərə səs verəcəyimizi bildirir, Hökumətə uğurlar arzulayırıq.