2017-ci ilin kimya üzrə Nobel mükafatını isveçrəli Jak Debuş, amerikalı Yoahim Frank və Böyük Britaniya təmsilçisi Riçard Henderson alıb.
2017-ci ilin kimya üzrə Nobel mükafatını isveçrəli Jak Debuş, amerikalı Yoahim Frank və Böyük Britaniya təmsilçisi Riçard Henderson alıb. TİA.AZ xəbər verir ki, qərarı oktyabrın 4-də İsveç Elmlər Akademiyası açıqlayıb.
Alimlər Nobel mükafatına məhlulda molekulların müşahidəsini asanlaşdıran kəşfə görə layiq görülüblər.
Nobel mükafatının məbləği 1 milyon ABŞ dollarıdır.