Tekirdağın Çerkezköy rayonunda kimya fabrikində baş verən yanğının söndürülməsi üçün işlər aparılır.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Velimeşe Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən kimya fabrikində naməlum səbəbdən yanğın baş verib.
Fabrikdəki işçilərin xəbərdarlığı ilə hadisə yerinə çoxlu yanğınsöndürənlər göndərilib.
Ekipajlar yanğına müdaxilə etməyə davam edir.