backend

Kimlər xərçəngə daha çox meyllidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün bədəni yağlı olanlar, ancaq göbəyi yağlı olanlarla müqayisədə xərçəngə daha çox meyllidir. 

Bütün bədəni yağlı olanlar, ancaq göbəyi yağlı olanlarla müqayisədə xərçəngə daha çox meyllidir.

İngiltərəli alimlər son araşdırması nəticəsində bu qənaətə gəliblər. Belə ki, hər 8 qadından birində rast gəlinən süd vəzi xərçəngini araşdırarkən bədənin müxtəlif bölgələrindən yağ nümunələri götürülüb. Məlum olub ki, əslində süd vəzi xərçəngi ilə bütün bədənin yağlı olmasının birbaşa əlaqəsi var.

Hər il İngiltərədə 50 min qadına xərçəng diaqnozu qoyulduğuna toxunan alimlər menopoza girən qadınların bütün bədənində piyləri əritməklə bu xəstəliyə tutulma riskini azalda biləcəklərini bəyan ediblər.

Ancaq bununla yanaşı, mütəxəssislər bütün bədəndəki yağları əritməklə yanaşı, göbəkdəki yağlardan da xilas olmağın süd vəzi xərçəngi qarşısında ciddi maneə ola biləcəyini deyiblər./publika.az