backend

“Kimlər qızıl-zinət əşyaları taxa bilməz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün demək olar ki, hamı qızıl əşyaları taxır, amma çox az adam onun zərərlərindən xəbərdardır. 

Bu gün demək olar ki, hamı qızıl əşyaları taxır, amma çox az adam onun zərərlərindən xəbərdardır.

TİA.AZ  Rusiya mətbuatına istinadən xəbər verir ki, qızıl hamıya müsbət təsir etmir. Belə ki, “Ekstrasenslərin mübarizəsi”nin iştirakçısı Yelena Yaseviç iddia edir ki, hər kəs qızıl taxa bilməz. Bu metalın faydalı xassələri olmasına baxmayaraq, o, çox mənfi xüsusiyyətlərə malikdir.

Kimlər qızıl taxa bilməz?

Ekstrasens Yelena Yaseviç böyük şəhərlərdə aktiv həyat tərzi yaşayan və tez-tez stress keçirən insanlara qızıl-zinət əşyaları taxmağı tövsiyə etmir. Bu kateqoriyadan olan insanlara qızıl mənfi təsir göstərir. Onun sözlərinə görə, qızıl-zinət əşyaları belə insanlar üçün əlavə qıcıqlandırcı rolunu oynayır. Belə çıxır ki, qızıl stress və xarici amillərin mənfi təsirini ancaq artırır. Sinir sistemi bundan əziyyət çəkir ki, nəticədə, uzunsürən depressiyaya, əsəbi və gərginliyə səbəb olur.

Yelena Yaseviç həyatı mənfi emosiyalar və gərginliklə dolu olmayan insanların isə qızıl-zinət əşyaları taxmasında heç bir problem olmadığını iddia edib: “Qızıl kifayət qədər sakit və düzgün həyat yaşayan insanlara güc verir və yalnız uğura cəlb edir”.

Gümüş və qızılı niyə eyni anda taxmaq olmaz?

Bəzək həvəskarları gümüşlə qızılı qarışdırmaqla böyük bir səhvə yol verir. Yelena Yaseviçin sözlərinə görə, bəzək əşyalarının həddindən artıq bolluğu və enerjisi mənfi nəticələrə gətirib çıxarır.

Qızıl güc-qüdrət gətirir və enerjini yaxşılaşdırır. Bu, istək, arzu və tələblərı reallaşdırmağa kömək edir. Gümüş isə əksinə, insanı daha təmkinli, sakit və ahəngdar edir. Əgər bu iki metal birləşərsə, onda ixtilaf baş verir. İnsanda iki əks enerjinin qarışması tam xaosa gətirib çıxarır. Odur ki, gümüşlə qızılı eyni vaxta taxmaq qəti olmaz, çünki bu, əhval-ruhiyyənin tez-tez dəyişməsinə, hətta müxtəlif xəstəliklərə və işlərinizdə uğursuzluqlara gətirib çıxara bilər.

Bəzək seçiminə diqqətli yanaşmağa çalışın, çünki onlar həm müsbət, həm də mənfi enerjini özündə daşıya bilər. Yekun olaraq bütün xanımlara öz təbiətinə və həyat tərzinə uyğun bəzək əşyaları seçməyi tövsiyə edirik. Onda onlar sizə mütləq uğur və xoşbəxtlik bəxş edəcək.