Vaşinqtonda paraflanmış sülh sazişinin Ermənistana vuracağı “zərər”lə bağlı çeşidli yanaşmalar var.
Tribunainfo.az xəbər verir ki, bu prosesdə erməni müxalifətinin ciddi təbliğat aparması da aydın görünür.
Həmin razılaşmanı gözdən salmaq üçün atılan bu addımların bir qismi isə Qarabağ məsələsinə “calaq” edilir. Siyasətçi Menua Soqomonyan yerli mediaya açıqlamasında deyib ki, həmin razılaşmaya əsasən Qarabağ məsələsindən danışanları çətin günlər gözləyir. “Qarabağ haqqında danışan istənilən erməniyə “sülh düşməni” damğası vurulacaq”.
Fərda Uğur