Bütün zamanların ən yaxşı seriallarından olan Rachel in Friends obrazı ilə məşhurlaşan amerikalı aktrisa Cennifer Eniston təkcə iştirak etdiyi layihələrlə deyil, illərdir dəyişməz görünüşü ilə də diqqət çəkir.
Tribunainfo.az NTV-yə istinadən məşhur aktrisanın gözəllik sirrlərini təqdim edir.
Aktyor əvvəllər botoks etdirdiyini etiraf etsə də, bu prosedurun ona çox uyğun olmadığını bildirib.
Aktrisa dərini yeniləmək üçün botoks əvəzinə üz, boyun və dekolte bölgəsinə vurulan “peptid peyvəndi” nə üstünlük verir.
Gərgin idman proqramı olan Aniston fasilələrlə oruc tutduğunu bildirib. Aktrisa tərkibində yüksək protein və az karbohidrat olan qidalara üstünlük verir.
Meditasiya edən aktrisa iti ilə gəzərək təmiz hava almağı və uzun gəzintilər etməyi çox sevir.
Yaşlanmanın təbii bir proses olduğunu bildirən Eniston, “sağlam və xoşbəxt” olmağı həyatında prioritet edir.