Tribunainfo.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo nəşri Rusiya hakimiyyətinə yaxın mənbələrinə istinadən yazır.
Kim və Putin sonuncu dəfə 2019-cu ilin aprelində də Vladivostokda görüşüb. “Kyodo”nun məlumatına görə, bugünkü səfər Koreya diktatorunun o vaxtdan bəri ilk xarici səfəridir, çünki Kim koronavirus pandemiyası səbəbindən heç yerə səyahət etməyib.
Öz növbəsində Şimali Koreya nüvə sualtı qayıqlarının və casus peyklərinin yaradılmasında Rusiyadan texnologiya almağa çalışır. Üstəlik, təcrid olunmuş və son dərəcə primitiv Şimali Koreya iqtisadiyyatı üçün mərmi müqabilində külli miqdarda xarici valyuta almaq belə özlüyündə sərfəli olardı.Məlumata görə, zirehli qatarın maksimal sürəti saatda 54 kilometr olduğundan, sözügedən səfər 20 saat ərzində gerçəkləşib. Kim Çen Inın xüsusi zirehli qatarında 90 vaqon olduğu, bəzi vaqonlarda yalnız nəqliyyat vasitələrinin daşındığı bildirilir. Qeyd olunur ki, həmin vaqonlarda bir neçə xüsusi zirehli “Mersedes” markalı avtomobillər var.
Cənubi Koreya mediası isə yazır ki, qatarda lüks yemək zalı, müxtəlif markalı spirtli içkilərin saxlandığı xüsusi yer, eləcə də mahnı və rəqs şouları nümayiş etdirən çoxlu sayda qadınlar var.
Qeyd edək ki, Ş. Koreya liderinin burada Rusiya rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi, həmçinin Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcəyi bildirilir.