Cənubi Koreyanın media tənzimləyicisi, Koreya Rabitə Standartları Komissiyası Şimali Koreya lideri Kim Çen Inın böyük lider kimi tərifləndiyi “Dost Ata” adlı musiqini ölkə daxilində qadağan edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dost Ata” musiqisi Tiktok və digər platformalarda hitə çevrilib
.
Bildirilir ki, Cənubi Koreyanın milli təhlükəsizlik qanunu Pxenyan rejiminin fəaliyyətini tərifləmək və ya yaymaq səylərini məhdudlaşdırmaq üçün Şimali Koreyanın hökumət saytlarına və mediasına girişi bloklayır.