Şimali Koreya lideri Kim Çen In cümə günü televiziya ilə müraciətində ABŞ prezidenti Donald Trampın KXDR-in tamamilə məhv edilməsi mümkünlüyünə dair sözlərini Pxenyana qarşı müharibə elan olunması ilə müqayisə edib.

“Report” xəbər verir ki, Kim Çen Inın sözlərinə görə, Pxenyan tarixin məhz bu ən qəddar müharibə elanına cavab olaraq tarixdə görünməmiş sərt tədbirlərdən istifadə etməyi nəzərdən keçirir.
KXDR lideri qeyd edib ki, Trampın təhdidləri Pxenyanın seçdiyi raket-nüvə proqramının inkişafı kursunun nə dərəcədə düzgün olduğunu təsdiq edir.
“Trampın sözləri bizi qorxutmadı, lakin tərəfimdən seçilən yolun yeganə düz yol olduğuna məni əmin etdi”.
Şimali Koreya lideri həmçinin bildirib ki, Amerika prezidentinin düşməncəsinə çıxışı ona baha başa gələcək.
“Bizim cavab onun gözləntilərini üstələyəcək. Mən bu qoca ruhi xəstəni alovla ram edəcəyəm”, — deyə Ryonxap agentliyi Kim Çen Inın sözləri sitat gətirib.