Xəbər verdiyimiz kimi, Amur vilayətində “Vostoçnıy” kosmodromunda Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilir.
Tribunainfo.az-ın Rusiya mediasına istinadən məlumatına görə, görüş çərçivəsində kosmodromda Şimali Koreya lideri Rusiyanın “Anqara” raketlərinə baxış keçirib.
Tədbir zamanı Kim Çen In raketlərin diametrləri və digər xüsusiyyətləri ilə maraqlanıb.