Şimali Koreya ordusunun zərbəsindən sonra heç kim və heç nə sağ qala bilməz.
Şimali Koreya ordusunun zərbəsindən sonra heç kim və heç nə sağ qala bilməz.
TİA.AZ “Renxap” agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn söyləyib.
“Əgər müharibə alovlansa, Cənubi Koreya qoşunlarına elə zərbə endirəcəyik ki, onların cavab zərbəsi vermək arzuları gözlərində qalacaq. Bu, bizim canımızı onlardan qurtaracaq”, – deyə, koreyalı lider söyləyib.
Qeyd edək ki, Şimali Koreya bu gün Cənubi Koreya ilə sərhəddə genişmiqyaslı artilleriya təlimlərinə start verib. Artıq rəsmi Seul Şimali Koreyanın bu addımını kəskin tənqid edib və istənilən an Pxenyanın təxribatlarına cavab verməyə hazır olduğunu bildirib.