Kim Çen In: “KXDR milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In masası üzərində “nüvə düyməsi”nin olduğunu bəyan edib.   APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Kim Çen In bu barədə KXDR vətəndaşlarna Yeni İl təbrikində bildirib.

Onun sözlərinə görə,  KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır.

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

Kim Çen In həmçinin KXDR-in milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırdığını bəyan edib.

KXDR lideri beynəlxalq təzyiqin artmasından şikayətlənsə də, nüvə başlıqlarının və ballistik raketlərin istehsalını sürətləndirməyə çağırıb.