Şimali Koreyanın lideri Kim Çen In arvadı Ri Sol-Jun ilə 9 ay ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Şimali Koreyanın lideri Kim Çen In arvadı Ri Sol-Jun ilə 9 ay ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
TİA.AZ xəbər verir ki, bu haqda “Daily Mail” nəşri yazıb.
Cütlük Koreya Xalq Demokratik Respublikası Müdafiə və Hava Qüvvələrinin döyüş manevri nümayişində bərabər görünüb. Çıxışlardan sonra pilotlar birinci xanıma gül dəstəsi hədiyyə ediblər.
Ri Sol-Ju sonuncu dəfə mart ayında görünüb. Doqquz ay ərzində görünməməsi onun hamilə olduğuna dair şayiələrin yayılmasına səbəb olub.
Lakin onun öldürüldüyü barədə də şübhələr var. Koreya Mərkəz Xəbər Agentliyi Kim Çen In ilə yarışı izləyən qadının arvadı olduğunu bildirsə də, onun Ri Sol-Junun bənzəri olduğu haqqında şübhələri artıb.
Qeyd edək ki, Şimali Koreya liderinin xanımı Ri Sol-Ju əslində keçmiş müğənni olub. O və Şimali Koreya lideri ilk dəfə 2012-ci ilin iyul ayında xalq qarşısına birlikdə çıxıb.