Kilsədəki Stalin ikonası Gürcüstanı qarışdırdı – “Stalin bütün ailəmi öldürüb”

Kilsədəki Stalin ikonası Gürcüstanı qarışdırdı – “Stalin bütün ailəmi öldürüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ölkənin ən böyük kilsəsi olan Gürcü Provoslav Kilsəsinin üzərində keçmiş Sovet İttifaqı lideri İosif Stalinin ikonası çəkilib və bu, böyük müzakirələrə səbəb olub.

“AzPolitika.info” xəbər verir ki sözügedən ikonada pravoslavların müqəddəslərindən olan Müqəddəs Matronanın Stalinə xeyir-dua verdiyi görünür.

Bir sıra qeyri-hökumət təşkilatları Gürcü Pravoslav Kilsəsini simvolu silməyə çağırıb. Məlumata görə, Nata Paradze adlı bir vətəndaş kilsəyə gedərək ikonanın üzərinə qırmızı rəgli boya atıb.

Polis tərəfindən saxlanılan Paradze əməlinə bu cür haqq qazandırıb:“Stalinin kilsə tərəfindən “təsir silahı” kimi istifadə edilir. Mən əminəm ki, bu, Rusiyanın işidir. Stalin bütün ailəmi öldürdü. O, ancaq terror və qorxu aşıladı. Stalin qəhrəman deyil”.

Qeyd edək ki, Sovet İttifaqının lideri İosif Stalinin ölümündən illər keçsə də, doğulduğu Gürcüstanda mübahisəli fiqur olaraq qalır. Bəzi Gürcüstan vətəndaşları onu milyonlarla insanın ölümünə səbəb olan Adolf Hitlerə bənzədirlər. Digər bir qisim isə hələ də Sovet İttifaqı eşqi ilə yaşayır. Bu gün ölkənin hər yerində Stalinin fotoşəkilləri olan divarlara rast gəlmək mümkündür…