Kilsə Paşinyanın açıqlamasından niyə narahat olub? – DETALLAR

Kilsə Paşinyanın açıqlamasından niyə narahat olub? – DETALL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soyqırımı” ilə
bağlı son açıqlamasının təsirləri hələ də davam edir. Tribunainfo.az xəbər
verir ki, erməni cəmiyyəti məsələni ciddi şəkildə müzakirə etməsə də,
siyasətçilər və kilsə bu mövzunu gündəmdə saxlamağa çalışır.
Tirajlı “Hraparak” qəzeti bununla bağlı dərc etdiyi məqaləsində Nikol
Paşinyanın əsas məqsədinin nə ola biləcəyinə toxunub. Qəzet yazır ki,
erməni baş nazirin birinci hədəfi Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın rəğbətini qazanmaqdır. “Nikol Paşinyanın soyqırımı, Ararat və
digərləri ilə bağlı antimilli bəyanatları bir məqsəd güdür: nəyin bahasına
olursa-olsun Türkiyə prezidenti Ərdoğanın rəğbətini qazanmaq və bununla
da Prezident İlham Əliyevi sülh müqaviləsini imzalamağa məcbur
etməkdir”.
Erməni Kilikiya katolikosu I Aram isə hesab edir ki, Paşinyan bu cür
yanaşmalarla düşmən dəyirmanına su tökməkdir. “Erməni Soyqırımı ilə
bağlı araşdırmanın tarixçilərə verilməsi təklifi Türkiyənin ideyasıdır. Buna
getmək olmaz”.
P.S. Qondarma “erməni soyqırımı” məsələsi, həm erməni faşistləri, həm də
erməni kilsəsinin əsas qazanc və siyasətbazlıq predmeti olub. Uzun illərdir
kilsə bu məsələdən təkcə siyasi məqsədləri üçün deyil, həm də “anım
tədbirləri”nin təşkili və “şam yandırma” məsələsi üzərindən bolluca pul
qazanıb. Şam satmaqla, iş adamlarından pul toplamaqla bu prosesi həyata
keçirən erməni kilsəsi, indi həmin imkanları itirməklə üzləşib. Üstəlik,
onların bu məsələ üzərindən erməni cəmiyyəti üzərində manipuliyasiya
imkanları da məhdudlaşacaq. Bu isə kilsənin ümumiyyətlə işinə yaramayan
haldır