Kılıçdaroğludan Putin və Rusiyaya sərt sözlər: Prezident seçilsəm…backend

Kılıçdaroğludan Putin və Rusiyaya sərt sözlər: Prezident seçilsəm…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu İngilitərənin nüfuzlu “Wall Street” jurnalına müsahibə verib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə Qərbyönümlü siyasət yürüdəcəyini deyib.
Partiya sədri müsahibəsində Rusiya prezidenti Vladimir Putin haqda da danışıb: “Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiqi ilə bağlı verdiyi qərarlara əməl edəcəyik. Türkiyə NATO üzvüdür və Putin də bunu çox yaxşı bilir. Türkiyə Alyansın qəbul etdiyi qərarlara əməl etməlidir”.

 

Qeyd edək ki, Ərdoğan Rusiyaya qarşı BMT xaricində heç bir sanksiyaya qoşulmur.