“Kikabidze qəlbimizdə əbədi qalacaq” – Mananabackend

“Kikabidze qəlbimizdə əbədi qalacaq” – Manana

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Manana Çaparidze ötən gün dünyasını dəyişən Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze ilə bağlı paylaşım edib.

Tribunainfo.az  xəbər verir ki, sənətçi Kikabidzenin fotolarından hazırladığı videonu instaqram izləyiciləriylə bölüşərək bunları yazıb:

“Çox ağır bir itki, çox heyif. Əvəzolunmaz böyük insan, sizin üçün çox darıxacağıq. Ailəmiz adından yaxın və əziz insanlarınıza dərin hüznlə başsağlığı veririk, dərdlərinə şərik oluruq. Kikabidze qəlbimizdə əbədi qalacaq. Allah rəhmət etsin”.

Qeyd edək ki, 84 yaşında dünyasını dəyişən sənətçi yanvarın 19-da dəfn olunacaq.