Kifoz onurğanın döş (sinə) hissəsində həddindən artıq irəli əyilməsi ilə ortaya çıxan duruş pozğunluğudur. Təhlükəli sayılması üçün bu əyriliyin 40-45 dərəcədən çox olması kifayətdir.
Pravda.azbildirir ki, xəstəlik əksər hallarda arxadan baxıldıqda “qozbellik” kimi görünür və xüsusən yeniyetmələrdə və yaşlılarda rast gəlinir.
Kifozun əsas növləri:
Postural kifoz: Ən yayğın formasıdır və pis duruş nəticəsində yaranır.
Scheuermann kifozu: Sümük inkişafındakı fərqlər səbəbindən onurğanın forma dəyişməsidir.
Konjenital kifoz: Ana bətnində yaranan onurğa qüsuru.
Osteoporotik və yaşlılıq kifozu: Sümük əriməsi nəticəsində onurğanın çökməsi.
Travmatik və infeksiyoz kifoz: Qəzalar və infeksiyalar səbəbilə yaranır.
Əlamətləri nələrdir?
Qozbellik, kürək və boyun ağrısı, nəfəs darlığı, yorğunluq və uzun müddət oturmaqda çətinlik əsas əlamətlərdir.
Niyə yaranır?
Pis duruş, zəif əzələlər, uzun müddət oturaq həyat tərzi, osteoporoz, travmalar və genetik amillər kifozun səbəbləri arasında yer alır.
Necə diaqnoz qoyulur?
Fiziki müayinə və rentgen (Cobb bucağı ölçülür), MRT, BT və sümük sıxlığı testləri ilə kifozun tipi və dərəcəsi müəyyən olunur.
Müalicə üsulları:
Fiziki terapiya: Yüngül hallarda kifayət edir.
Korset: Yeniyetmələrdə tətbiq oluna bilər.
Dərman müalicəsi: Ağrının və sümük əriməsinin qarşısını almaq üçün.
Cərrahi müdaxilə: 70 dərəcəni keçən və ya sinir sıxılması olan hallarda.
Qarşısı necə alınır?
Düzgün duruş vərdişləri, əzələ gücləndirici məşqlər, kalsium və D vitamini ilə zəngin qidalanma və osteoporozun qarşısının alınması kifozu önləyə bilər.
Yatış pozası necə olmalıdır?
Ən uyğun mövqe kürəyi üstü yatmaqdır. Dizlərin altına yastıq qoymaq və ortopedik döşəkdən istifadə tövsiyə edilir. Üzüüstə yatmaqdan çəkinmək lazımdır.
Pravda.az