Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Bu sənəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanmışdır və kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini müəyyən edir.
Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:
– Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 6-dan çox olmamaqla;
– Azərbaycan Respublikasının digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 4-dən çox olmamaqla.