“Kipr Respublikasının Xarici İşlər naziri İoannis Kasoulides Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağın Ermənistana aid olduğunu bildirdikdən bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verdi. Açıqlamada kiprli nazirin səsləndirdiyi fikirlərin beynəlxalq hüquqa və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə siyasətinə zidd olduğuna dair fikirlər yer alıb.”
Kipr Respublikasının Xarici İşlər naziri İoannis Kasoulides Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağın Ermənistana aid olduğunu bildirdikdən bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verdi. Açıqlamada kiprli nazirin səsləndirdiyi fikirlərin beynəlxalq hüquqa və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə siyasətinə zidd olduğuna dair fikirlər yer alıb.
TİA.AZ xəbər verir ki, bu sözləri Elxan Şahinoğlu Kipr XİN rəhbərinin Qarabağla bağlı səsləndirdiyi hüquqa və tarixə zidd saxta açıqlamasına reaksiyasında yazıb.
Politoloq bildirib ki, Azərbaycan XİN-in cavabı tam doğrudur:
“Hikmət Hacıyevin açıqlamasında diqqətimi ən çox çəkən bu cümlə oldu: “Quzey Kıprıs türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır”.
Həqiqətən, əgər Kıprıs yunanlarının naziri Dağlıq Qarabağı Ermənistana birləşdirirsə, biz niyə Kıprıs türklərinin müstəqil yaşamaq hüququnu tanımamalıyıq? Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kıprıs Türk Cumhuriyyəti ilə təmasların genişləndirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizi anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanısaq, Afina da Dağlıq Qarabağla bağlı “adekvat” addım ata bilər. O zaman rəsmilərimiz Afinanı eşitdilər. Növbə bizimdir. Bu dəfə isə bizim diplomatlar Afinaya gedib onları anlatmalıdırlar ki, əgər Kıprıs yunanlarının naziri İrəvanda verdiyi açıqlamaya düzəliş etməsə, biz KKTC ilə bağlı yarımçıq saxlanılan işi davam etdirə bilərik. Yunanlara boşluq buraxmaq olmaz”.
İLAHƏ