Keyfiyyətsiz xidmət göstərən mobil operatorlar cərimələnsin – Ekspertdən təklif

Keyfiyyətsiz xidmət göstərən mobil operatorlar cərimələnsin – Ekspertdən təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər bir çox ərazilərdə mobil xidmətlərin keyfiyyətinin aşağı düşməsi müşahidə edilir. Rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edən RİNN-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqləri gücləndirməlidir. Hər bir operator üzrə bəlli ərazilərdə mobil internetin sürətləri ölçülməlidir. Bu ərazilərdə mobil operatorların baza stansiyalsrının yerləşməsi, əhatə dairəsi də monitorinq olunmalıdır.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, zəruri olan ərazilərə yeni baza stansiyaların quraşdırılması üçün operatorlara göstərişlər verilməlidir:
Ekspert təklif edir ki, keyfiyyətsiz xidmət göstərən operatorlar İKTA tərəfindən cərimələnməlidir:

“İKTA-nın bu monitorinqlərinin nəticələrini dərc etməsi də doğru və faydalı olardı. Eyni zamanda, qarşıdan COP29 tədbiri gəlir. Tədbir çərçivəsində bəlli ərazilərdə istifadəçilərin xeyli artacağı, ümumiyyətlə isə 100 minədək xarici nümayəndənin bu tədbirlərdə iştirakı gözlənilir.
Ümid edirəm, rabitə xidmətlərinin göstərilməsində problem olmayacaq. İKTA mobil rabitə və internet xidmətlərinin keyfiyyətinə nəzarəti daha da gücləndirməlidir. 5G infrastrukturun qurulması üçün səylər də artırılmalıdır”.