KEYFİYYƏTSİZ VƏ BAHA DƏRMANLAR… “AİDİYYƏTİ QURUMLAR DA NARAZIDIR, ANCAQ TƏDBİR GÖRÜLMÜR” – HƏKİM

KEYFİYYƏTSİZ VƏ BAHA DƏRMANLAR… “AİDİYYƏTİ QURUMLAR DA NARAZIDIR, ANCAQ TƏDBİR GÖRÜLMÜR” – HƏKİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərmanların qiyməti və keyfiyyətindən hamı şikayətlənir, ancaq bununla bağlı heç bir iş görmür, görmək də istəmir. Ancaq mütləq bu problem həll edilməlidir.

Tribunainfo.az yazır ki, bu barədə həkim-pediatr Vaqif Qarayev fikir bildirib. o qeyd edib ki, adi insanlar da, əczaçılar da, həkimlər də, deputatlar da, cavabdeh rəsmi qurumlar da dərmanların keyfiyyətinfdən və qiymətindən narazıdır, ancaq tədbir görən yoxdur:

“Dərmanların keyfiyyəti və qiyməti barədə Milli Məclisdə də müzakirələr çoxalıb. Deputatların da narazılığını eşitməkdəyik.
Müharibə ilə bağlı Rusiyadan və Ukraynadan dərman gəlmir, gələn də bahadı. Avropa dərmanları da elə həmişə baha olub.
Qalır Türkiyə variantı. İxrac dərmanlarını ölkədaxili qiymətə ala bilərikmi? Gürcüstan hökuməti Türkiyə ilə belə bir müqavilə bağlayıb. Demək ki, belə bir varian da mümkündür. Biz də belə bir müqavilə bağlasaq əla olar!
Ancaq istənilən halda, ən yaxşı variant- özümüz dərman istehsal etməliyik!”.