“Keşlə” və “Sabah”dan qələbə – VİDEO

“Keşlə” və “Sabah”dan qələbə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Premyer Liqasında səkkizinci tura yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Sabah” səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edib. Qonaqların heyətində yeganə qolu 36-cı dəqiqədə Miloş Bosançiç vurub.

İkinci qarşılaşmada isə “Keşlə” doğma meydanda “Zirə”ni eyni hesabla məğlub edib. Denis Silva ikinci dəqiqədə komandasının qələbə qolunu vurub.