Keşişlər Bakıya qarşı – qapı-qapı sülənirlər…

Keşişlər Bakıya qarşı – qapı-qapı sülənirlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni kilsə xadimləri qapı-qapı gəzərək Bakıda mühakimə olunan hərbi canilərin azadlığa buraxılması mövzusunu müzakirə edirlər.

Tribunainfo.az məlumat verir ki, bu dəfə “Bakıda qeyri-qanuni saxlanılan erməni məhbusların azad edilməsi təcili imperativdir” , deyə Kilikiyanın Böyük Evinin katolikosu Aram I Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybnerlə görüşü zamanı deyib.
Eybner onların təşkilatının Ermənistanda və “artsax”da, eləcə də” Bakıda qanunsuz saxlanılan erməni məhbuslar adından gördüyü işləri” təqdim edib. Bundan əvvəl isə katalikos I Aram Kanada baş naziri ilə görüşdə bu məsələləri müzakirə etmişdi. Göründüyü kimi, kilsə indi də Araik və ortaqları olan hərbi canilərin beynəlxalq kampaniyasını aparır.

Fərda Uğur