Keşiş Vrtanes aranı qatdı: “Azərbaycan Qarabağ yeparxiyasını ləğvini tələb edəcək”

Keşiş Vrtanes aranı qatdı: “Azərbaycan Qarabağ yeparxiyasını ləğvini tələb edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün bir qrup keşişin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməsi qalmaqala səbəb olub.

Tribuna.az xəbər verir ki, həmin görüşə qatılanlardan biri də Qarabağ ermənilərinin katalikosu kimi təqdim olunan keşiş Vrtanes olub.

Bu hadisədən sonra bir qrup erməni fəal Vrtanesdən açıqlama verməsini və qarabağdan köçmüş ermənilərdən üzr istəməsini tələb ediblər. Hətta onun əyləşdiyi kilsəinin önünə toplaşaraq, etiraz edənlər də olub.

Qeyd edək ki, keşiş Vrtanesi “kilsə maraqlarını satmaq”da və Qarabağ məsələsindən imtina edilməsində ittiham edirlər. Keşişin özü açıqlamasında bildirib ki, baş nazirlə görüş qadağan olunmuş hal və dini ehkamlara zidd deyil. O, görüşdə Qarabağla bağlı danışılmadığını da vurğulayıb.

Lakin Ermənistanda bir qrup ekspert hesab edir ki, Vrtanesin bu hərəkəti Azərbaycan üçün yeni bir presedent yaradacaq. Məsələn, politoloq Akop Badalyan bildirib ki, rəsmi Bakı Qarabağ yeparxiyasının ləğvi tələbini qaldıra bilər. “Azərbaycan çox məharətlə, ardıcıl, ətraflı şəkildə işləyir. Çox güman ki, onlar Qarabağ yeparxiyası məsələsini inkişaf etdirib, onunla bağlı siyasi tələb irəli sürəcəklər. Onun ləğvini tələb edəcəklər”.

Fərda Uğur