Keşiş Baqrat yenə küçə döyüşünə hazırlaşır

Keşiş Baqrat yenə küçə döyüşünə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvaya qısamüddətli səfər edib.

Tribunainfo.az yerli mediaya istinadən xəbər verir ki, o, Kremlddə bir sıra görüşlər keçirib.
“Hraparak” qəzeti yazıb ki, Koçaryanın səfəri gizli olub və bu iki ay sonra üzə çıxıb. “O döndükdən bir qədər sonra mətbuat konfransı keçirib və mübarizəyə davam edəcəklərini deyib. Görünür, Rusiya Ermənistanda fəallaşmağa başlayıb”.
Bu əsnada Ermənistan müxalifətinin, xüsusən də Koçaryanın dəstəklədiyi Keşiş Baqrat da fəallaşıb. Dünən o açıqlama verib ki, yeni aksiyalara hazırlaşırlar. “3-4 aydır ki, insanları küçə döyüşlərinə hazırlamışıq. Biz insanları küçə mübarizəsinə, vətəndaş itaətsizliyinə hazırlamaq üçün çox böyük işlər görmüşük. Əminəm ki, biz buna son nöqtəni qoyacağıq”.

Fərda Uğur