Keşiş Baqrat Qarabağ ermənilərinin “lideri” olacaq? – Yeni ssenaribackend

Keşiş Baqrat Qarabağ ermənilərinin “lideri” olacaq? – Yeni ssenari

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda ermənilərin Qarabağa qayıtması ilə bağlı müzakirələr yenidən başlayıb. Tribunainfo.az xəbər verir ki, buna səbəb Aİ-nin Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Toni Klaarın verdiyi son açıqlamlardır.
Klaar iddia edib ki, ermənilərin Qarabağa qayıtması sülh sazişində sonra müzakirə ediləcək.
Ermənilər isə bununla bağlı üç senari ortaya atıblar. Onlardan biri Aİ-nin vasitəçiliyi ilə danışıqların aparılması, ermənilərin Qarabağa köçürülməsinin təşkili və yekunda Aİ-nin sülhməramlı kimi bölgəyə yerləşdirilməsidir. Hərçənd ermənilər özləri də etiraf edirlər ki, bu on illərlə vaxt ala bilər.
İkinci versiya isə müharibə ilə köç etməkdir. Lakin erməni ekspertləri hesab edirlər ki, yaxın 20 ildə bu mümkün deyil. Onlar Ermənistanın silahlanmasının heç bir işə yaramadığını bildirir və Azərbaycanla müharibə etmək üçün İrəvanın bütün parametrlərə gücü olmadığını vurğulayırlar.
Üçüncü versiya isə daha maraqlıdır. “Oragir.news” saytı yazır ki, bu proses Qarabağdan könüllü köçmüş ermənilərin Azərbaycanla birbaşa danışıq aparmasına ibarətdir. Yəni, ermənilər özlərinə lider seçir, həmin şəxsin legitim olmasına heç kim şübhə etmir və həmin lider Bakı ilə danışıqlar aparır.
Sözügedən sayt qeyd edib ki, indiki mərhələdə Qarabağdan köçmüş ermənilərin lideri Keşiş Baqrat ola bilər. Son yarımildə “qəhrəmana” çevrilmiş, Kanadada adı dələduzluq işində hallanan, kilsəni girov qoyub, kredit götürən Baqratın “prinsipial” olduğu, danışıqlarda “uğur” qazanacağı güman edilir.
P.S. Azərbaycan rəsmi olaraq bildirib ki, ərazi bütövlüyümüzü və suverenliyimizi qəbul edən, Azərbaycana qarşı heç bir cinayət törətməmiş ermənilər vətəndaşlıq almaq şərti ilə geri qayıda bilər. Keşiş Baqrat isə nə Qarabağ ermənisidir, nə də ona aidiyyatı var. Həmçinin Baqrat anti-Azərbaycançı olmaqla yanaşı, həm də separatçıdır ki, rəsmi Bakı 30 illik işğal dövründə bir dəfə də olsun onlarla danışıq aparmadı.